BARKAN-BAHA-SANCAR birgə gücü| HAVELSAN-ın rəqəmsal birliyi meydana çıxmağa hazırlaşır

2023/04/ASDAS-6722369332.jpg
Oxunub: 3782     11:34     04 Aprel 2023    
Türkiyə müdafiə sənayesi daxilində inkişaf etdirilən pilotsuz hava, quru və dəniz vasitələri ilə birlikdə xidmət göstərəcək “rəqəmsal birliy”in bu il sahəyə çıxması hədəflənir.

Pilotsuz vasitələrin birlikdə işləməsini təmin edən “sürü halında hərəkət qabiliyyəti” üzərində çalışan HAVELSAN bu il əhəmiyyətli bir mərhələni keçməyi hədəfləyir.

15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2021) ilk dəfə olaraq “rəqəmsal birlik” anlayışını təqdim edən HAVELSAN hazır səviyyəyə gətirilmiş pilotsuz vasitələrin də yer aldığı bölməni bu il sahəyə çıxarmağı planlaşdırır.


HAVELSAN baş direktoru Mehmet Akif Nacar jurnalistlərə açıqlamasında rəqəmsal birlik səyləri və “Barkan” insansız quru platforması layihəsi haqqında məlumat verib.

Son zamanlar pilotsuz quru, hava və dəniz vasitələrinin böyük diqqət çəkdiyini bildirən Nacar bu il bu platformaların istifadəsi ilə yaradılan rəqəmsal birlik konsepsiyasının nümunələrini ortaya çıxaracaqlarını bildirib.

“Biz komanda yoldaşlarımızla bunun sahə fəaliyyəti ilə bağlı bir çox infrastruktur işləri həyata keçiririk. 2023-cü ildə onların ərazidə nümayişinə başlayacağıq. İndiyə qədər danışdığımız komponentlər yavaş-yavaş hazır vəziyyətə gəlib. İndi “Barkan”, “Baha” və “Sancar”ın rəqəmsal birliyin tərkib hissəsi kimi necə işləyəcəyini, eləcə də “tək əsgər”in birlik içində necə davranacağını meydanda göstərməyin vaxtıdır. Ona görə də dostlarımız bununla bağlı bəzi sınaq və yoxlama işləri görməyə başlayacaqlar”.


“Barkan-2”də yeni xüsusiyyətlər

Rəqəmsal birlikdə yer almaq üçün müxtəlif məhsullar inkişaf etdirdiklərini və zamanla təkmilləşdirmələr apardıqlarını vurğulayan Nacar “Barkan” insansız quru platforması haqqında bildirib:

“Bu, 2 ildir sahədə sınaqdan keçirilmiş məhsuldur. Məhsul gözlənilən ehtiyaca uyğun olaraq yeniləndi. “Barkan-2” ortaya çıxdı. Məhsula yeni xüsusiyyətlər əlavə edildi. Məsələn, “SAHA Expo”da təqdim etdiyimiz vasitənin 12,7 millimetrlik silah sistemi var idi, əvvəllər isə 7,62 silah var idi. Müvafiq layihələndirmə işləri tamamlanıb və istehsal davam edir. Az sayda inventarlaşdırılacaq, sınaqdan keçiriləcək. Sınaqlar nəticəsində çox yaxında kütləvi istehsala başlayacağıq. 2023-cü ilin birinci yarısında kütləvi istehsala başlayacağımızı düşünürük. Hal-hazırda sınaq üçün istifadə edilən “Barkan”lar var”.

HAVELSAN-ın rəhbərliyi altında öz sahəsində aparıcı şirkətlərin əməkdaşlığı ilə hazırlanan orta sinfə məxsus “Kapgan” insansız quru platforması üçün də sınaq və platforma təkmilləşdirmə işləri aparılır.




Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BARKAN-BAHA-SANCAR   HAVELSAN  


Bizi "telegram"da izləyin